“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

251

1-ci TİP ŞƏKƏRLİ DİABETİN MÜALİCƏSINDƏ İMMUNOSUPRESSİV TERAPİYANIN TƏTBİQİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2010-2

Gülnarə M.Nəsrullayeva,Ülviyyə N.Ələkbərova

Azərbaycan Tibb Universiteti,”İmmunologiya” kursu

Bu tədqiqatın   əsas məqsədi I tip şəkərli diabetli xəstələrdə mədəaltı vəzinin β-hüceyrələrinə (ICAab), qlütamatdekarboksilazaya (GADab)-a  və insulinə qarşı (IАAab) spesifik autoəkscismlərin  öy­rə­nilməsidir. Spesifik əkscisimlərin yüksək titri olan xəstələrə autoimmun prosesin aktivliyini azal­dan immunosupressor  preparatı-metotreksat təyin olunmuşdur. Bu xəstələrin metotreksatla mü­ali­cə­sin­dən  sonra təkrarı müayinəsi zamanı həmin  əkscismlərin əhəmiyyətli dərəcədə azalması mü­əyyən olun­du. Beləliklə, tədqiqat nəticəsində aldığımız nəticələr, göstərilən spesifik auto­əks­cisim­lə­rin bu pa­to­logiyada ən durust göstəricisi sayıla bilər və metatreksatın istifadəsi mədəaltı vəzidə autoimmun pro­se­sin azalması müşahidə olunur.   

I tip şəkərli diabet spesifik autoəkscismlərin metotreksat