“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

302

ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİNİN KOMPLEKS MÜALİCƏSİNDƏ MAQNEZİUM PREPARATLARININ TƏTBİQİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2016-2

Rufulla F.Abdullayev1,Adil B.Baxşəliyev1,Aytən D.Quliyeva1,Rufanə F.Hüseynzadə2

1AR SN, C. Abdullayev adına ET Kardialogiya İnstitutu 2Azərbaycan Tibb Universiteti, daxili xəstəliklər kafedrası II

İşin məqsədi sabit gərginlik stenokardiyalı xəstələrdə antianginal bazis terapiyası fonunda “Maqnerot” preparatının endotelial disfunksiyaya olan təsirinin öyrənilməsi olmuşdur. Bu məqsədlə or­ta yaş 53,5±1,2 il olan 116 xəstə müayinə edilmişdir. Müəyyən edilmişdir ki, “Maqnerot” preparatı bu xəstələrdə bazu arteriyasının diametrinin və endoteldənasılı vazodilatasiyanın artmasına, eyni za­man­da intima-medianın qalınlığı iləqan axınının maksimal sürətinin azalmasına səbəb olur. “Maq­ne­rot” preparatı ilə müalicə kursunun sonunda xəstələrin 74,3%-də endotelin funksiyası normallaşmış, nə­zarət qrupunda isə bu parametr dəyişməmişdir.

stabil gərginlik stenokardiyası endotelial disfunksiya “Maqnerot”