“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

187

BİSMUT TƏRKİBLİ PREPARATIN ÜÇLÜ ANTİHELİKOBAKTER TERAPİYADA İSTİFADƏSİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2016-2

İlhamə T.Əmiraslanova1,Əlihüseyn А.Hidayətov2,Bahadur E.Abbasov3

1Azərbaycan Tibb Universiteti, Tədris Terapevrik Klinikası 2Azərbaycan Tibb Universiteti, daxili xəstəliklər kafedrası 3AR SH, Milli Onkologiya Mərkəzi

Aparılmış tədqiqatların nəticələri göstərir ki, H.Pylorinin artan antibakterial rezistenliyi uğursuz eradikasiyanın səbəbi kimi olaraq qalır.  Standart üçlü terapiyanın bismut trikaliy disitrat (BTD) ilə və onun əlavəsi olmadan effektivliyinin müqayisəli təhlili göstərir ki, standart üçlü terapiya tərkibində BTD (De-nol)-un olması yüksək dərəcədə effekti təmin edir. Beləliklə, standart üçlü terapiyanın tərkibinə de-nolu əlavə etdikdə Н.pylorinin klaritromisinə qarşı olan rezistentliyi aradan qaldırılır və bu helikobakter əlehinə eradikasyon terapiyanın effektivliyini 96,6 ± 2,40%-ə qədər qaldırır. Həmçinin tədqiqatların nəticələrindən aydındırki, xəstələrin şikayətlərinin azalması, endoskopik və morfoloji şəkilin yaxşılaşması Н.pylori infeksiyasının uğurlu eradikasiyası ilə korrelyasiya olunur.

H.pylori eradikasion terapiya klaritromisin bismut trikaliy disitrat (BTD)