“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

530

3-METİLKSANTİN TÖRƏMƏLƏRİ SIRASINDA DİURETİK FƏALLIĞIN QURULUŞDAN ASILILIĞIN TƏDQİQİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2017-2

Lyudmila V.Qriqoryeva1,Boris A.Samura2,Vahab R.Quliyev2

V.H.Karazin adına Xarkov Milli Universiteti, Xarkov, Ukrayna Milli Əczaçılıq Universiteti, Xarkov, Ukrayna

İlk dəfə sintez olunmuş 7-(2-hidroksi-3-p-metoksifenoksi-)propil-8-amin-3-metilksantinlərin laborator heyvanların böyrəklərinin xaric etmə funksiyasına təsiri eksperimentdə öyrənilmişdir. Təyin olunmuşdur ki, ən yüksək diuretik fəallığa 3-metil-7-(2-hidroksi-3-p-metoksifenoksi-)propil-8-(furil-2)-metilaminksantin maddəsi (5-ci maddə) malikdir. Bu maddə diurezi 201.3% artırır və bu təsir müqayisə preparatı olan hidroxlotiaziddən 111.3% daha yüksəkdir. Böyrəklərin xaric etmə funksiyasını artıran yeni maddələrin yaradılması baxımdan 3-metilksantin törəmələri sırasında növbəti maddələrin sintezi və bu istiqamətdə fəallığının öyrənilməsi perpektivlidir.

7-(2-hidroksi-3-p-metoksifenoksi-)propil-8-amin-3-metilksantinlər diuretik fəallıq