“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

101

2-(BENZOİLAMİNO)(2-OKSOİNDOLİN-3-İLİDEN) ASETAT TURŞUSUNUN AMİDLƏŞMİŞ TÖRƏMƏLƏRİNİN SİNTEZİ, XÜSUSİYYƏTLƏRİ VƏ BİOLOJİ FƏALLIĞI

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2014-1

Sergey V.Kolesnik,Aleksandr A.Altuxov,Elşən Y.Əhmədov,Erika L.Taryanik

Milli Əczaçılıq Universiteti, Xarkov şəhəri, Ukrayna

2-(benzoilamino)(2-oksoindolin-3-iliden) asetat turşusunun amidləşdirilmiş törəmələrinin sintezi üçün iki yanaşma tədqiq olunub və sintezi aparılıb. Sintez olunmuş maddələr iki fəal farmakoforları birləşdirir – oksoindolin fraqment və asetat turşusu qalığı. Sintez olunmuş maddələrin strukturu element analiz üsulları ilə, İQ və PMR-spektroskopiya üsullsrı ilə təsdiq edilib. Standart skrininq modellərinin istifadəsi ilə alınmış maddələrin antihipoksik və nootrop xassələri, həmçinin kəskin toksikliyi öyrənilib. Müəyyən edilib ki, göstərilən sıra maddələri aztoksik və ya praktiki toksik olmayan birləşmələrdir, mülayim antihipoksik və yüksək antiamnestik fəallığa malikdirlər.

2-(2-oksoindolin-3-iliden)asetat turşusu sintez bioloji fəallıq