“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

183

AZƏRBAYCAN FLORASI Pyrethrum sevanense Sosn. NÖVÜNÜN EFİR YAĞININ KOMPONENT TƏRKİBİ VƏ ANTIFUNQAL AKTİVLİYİNİN ÖYRƏNİLMƏSİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2011-1

Sitarə C.Mustafayeva1,Sevil Ə.Zeynalova1,Təranə İ.Hüseynova1,Elxan İ.İsmayılov2,Könül F.Baxşəliyeva2

1Azərbaycan MEA, Bоtanika İnstitutu 2 АР СН, В.Ахундов адына Милли ЕТ Тибби Профилактика Институту

İlk dəfə olaraq Pyrethrum  sevanense Sosn. bitkisinin efir yağının kimyəvi tərkibi  tədqiq olunmuşdur.   Efir yağı hidrodistilyasiya ilə bitkinin havada qurudulmuş yerüstü hissəsindən (kütləvi çiçəkləmə fazası) alınmışdır. Xromato-mass-spektrometriya   metodu ilə 48 komponent  müəyyən olunmuş və bütün yağın 89,5%-i təşkil edən, əsas komponenti sis-geraniol (45,46%) olan 17 komponent  identifikasiya olunmuşdur.

Efir yağı Trichoderma lignorum, Aspergillus niger test kulturalarına qarşı funqistatik və Fusarium oxysporum test kulturasına qarşı isə funqisid aktivlik göstərmişdir.

Pyrethrum sevanense Sosn. Asteraceae Dumort. efir yağı QM/XM antifunqal aktivlik