“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

126

DƏRMAN SÜRVƏSİ YARPAQLARININ KOMPLEKS EMALI NƏTİCƏSİNDƏ ALINMIŞ EKSTRAKTLARIN KİMYƏVİ TƏRKİBİNİN VƏ FARMAKOLOJİ FƏALIĞININ TƏDQİQİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2015-1

Oleq M.Koşevoy,Gennadiy V.Vovk,Elşən Y.Əhmədov,Andrey N.Komissarenko

Milli Əczaçılıq Universiteti, farmakoqnoziya, analitik kimya və təbii birləşmələrin kimyası kafedraları, Xarkov şəhəri, Ukrayna

Dərman sürvəsi ekstraktlarının keyfiyyət tərkibinin, fenol və triterpen birləşmələrinin miqdarı təyinatının öyrənilməsi bu xammalın kompleks işlənilməsinin və onun əsasında yeni dərman vasitələrinin yaradılmasının (iltihaməleyhinə malik “Salvin”ə bənzər qatı etilasetat ekstraktı və onun alınması zamanı əmələ gələn şrotdan quru sulu ekstraktı) perspektivli olduğunu göstərdi. Dərman sürvəsindən alınan qatı ekstrakta terpen təbiətli 35 maddə açkar olunmuşdur ki, onlardan 23 identifikasiya olunub (79,26%). Dominant maddələr kimi 1,8-sineol, α-tuyon, β-tuyon, kamfora, borneol, viridilflorol və epi-manool qeyd olunmalıdır. Quru ekstrakta fenol təviətli 15 maddə açkar olunub ki, onlarda 3-ü hidroksidarçın turşusu (qəhvə, rozmarin və xlorogen), 6-sı flavonoiddir (apigenin, lüteolin, kversetin, 3-metoksilüteolin, lüteolin-7-O-qlükozid və kversetin-3-O-arabinozid), 6-sı isə müəyyən olunmayıb.

dərman sürvəsi ekstrakt kompleks emal kimyəvi tərkib