“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

179

VERONICA LONGIFOLIA L. OTUNUN, VERONICA TEUCRIUM L. OTU VƏ KÖKÜMSOVLARININ VƏ ONLAR ƏSASINDA OLAN EKSTRAKTLARIN MAKRO- VƏ MİKROELEMENT TƏRKİBİNİN ÖYRƏNİLMƏSİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2017-1

Alina P.Osmaçko,Alla M.Kovalyova,Tatyana V.Ilyina,Oleq N.Koşevoy,Andrey M.Komіssarenko,Elşən Y.Əhmədov

Milli Əczaçılıq Universiteti, Xarkov, Ukrayna

 V. longifolia L. otunda, V. teucrium L. otu və kökümsovlarında, V. longifolia L. və V. teucrium L. otunun 70 % etil spirti ilə 1:10 nisbətində alınmış ekstraktlarında,  V. teucrium L otunun qaynar su ilə alınmış ekstraktında atom-emission spektrofotometriya üsulu ilə makro- və mikroelementlərin miqdarı müəyyən edilmişdir. 19 element aşkar olunub: bunlardan 8 mikroelement və 6 makroelementdir. Tədqiqat obyetlərində elementlərin miqdarının azalma sırası tərtib edilmiş və elementlərin xammaldan ekstraktlara keçmə koeffisiyenti müəyyən olunmuşdur. Tədqiq olunan obyektlər üçün qurudulduqda çəki itkisi (%) və ümumi külün (%) miqdarı təyin edilmişdir. Müəyyən olunub ki, Veronica L. cinsinin iki növünün xammalında К, Ca, Mg, Si, Na, Р, Al toplanır, bu da bitki xammalını kompleks istifadəsinə imkan yaradır.  

Veronica longifolia L. Veronica teucrium L. makroelementlər mikroelementlər atom-emission spektrofotometriya