“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

100

ŞƏKƏRLİ DİABET ZAMANI ORQANİZMİN LPO-AOS STATUSUNUN ÖYRƏNİLMƏSİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2010-2

Arif M.Əfəndiyev,Əli Rza Yavəri

Azərbaycan Tibb Universiteti, bioloji kimya kafedrası

Təqdim olunan tədqiqat işində 2 tip şəkərli diabet zamanı orqanizmdə lipidlərin peroksidləşmə (LPO) prosesinin səviyyəsi və antioksidant status öyrənilmişdir. Bütün xəstələr (52 nəfər) qlikemiyanın səviyyəsindən və xəstələyin davametmə müddətindən asılı olaraq 3 qrupa bölünmüşdür: kompensasiya, subkompensasiya və dekompensasiya mərhələsi. Biokimyəvi marker kimi qlükozilləşmiş hemoqlobinin səviyyəsi də təyin olunmuşdur. Nəzarət qrupu kimi 20 sağlam şəxsin qanı tədqiq olunmuşdur.

Aparılan tədqiqat nəticəsində aşkarlanmışdır ki, xəstəliyin hər 3 mərhələsində  LPO-nun güclənməsi baş verir; MDA və DK-nın qatılıgı artır. AOS  sistemi komponentlərində nəzərə carpacaq  dərəcədə dəyişikliklər baş verir – GSH, katalazanın səviyyəsi aşağı düşür, əksinə, GP və seruloplazminin artması baş verir. Ferritinin səviyyəsində 2.4 dəfə artım baş verir.

Alınan nəticələr göstərir ki, glikemiyanın artmasına orqanizm adekvat reaksiya verir – LPO güclənir və müvafiq olaraq, antioksidant status dəyişir.    

şəkərli diabet LPO AOM ceruloplazmin ferritin MDA DK