“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

377

ARTERİAL HİPERTENZİYALI XƏSTƏLƏRDƏ DUZ YÜKLƏMƏLƏRİNİN TƏTBİQİ VƏ DUZA HƏSSASLIĞIN QİYMƏTLƏNDİRİLMƏSİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2017-2

Sırac E.Qasımov

AR SN, C.Abdullayev adına ET Kardiologiya İnstitutu

Tədqiqatın məqsədi arterial hipertoniyası olan xəstə kontingentində duza həssaslığın qiymətləndirilməsi və həssaslığına görə bölünmüş xəstə qruplarında magistral damarlarda baş verən patoloji dəyişikliklərin müqayisəsidir. Tədqiqata ÜİX-dən əziyyət çəkən və eyni zamanda II-III dərəcə AH olan 93 xəstə daxil edilmişdir. Xəstələrdə duz yükləməsi sınağı aparılmış və duza olan həssaslıqlarına görə iki qrupa bölünmüşdür. Ümumi xəstə kontingentində boyunun magistral arteriyalarının ultrasəs doppleroqrafiya müayinəsi və sağ çiyin arteriyasında reaktiv hiperemiya sınağı aparılmışdır. Aparılmış müayinələrin nəticələri duza həssas və duza həssas olmayan xəstə qruplarında fərqləri müəyyən etməyə imkan vermişdir.

arterial hipertenziya duz yükləməsi duza həssaslıq magistral damarların ultrasəs doppler müayinəsi reaktiv hiperemiya sınağı