“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

95

SADƏ HERPES VİRUSU İLƏ TÖRƏDİLMİŞ İNFEKSİYALARIN EKSPERİMENTAL MÜALİCƏSİNDƏ TİMOZİN-ALFA 1-in ISTIFADƏSİNİN NƏTİCƏLƏRİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2012-1

Murad Q.Məmmədov1,Səbirə M.Səfərova2,Əsrail Ş.İsmayılov2

1Milli Onkologiya Mərkəzi 2S.İmaməliyev adına Respublika Teunəleyhinə Stansiya

Tədqiqat, siçanlarda sadə herpes virus tərəfindən törədilən (SHV) infeksiyalara qarşı timozin-alfa 1-in (Ta1) virus əleyhinə aktivliyinin qiymətləndirilməsi məqsədi ilə aparılmışdır.

Eksperimentdə 6 qrup siçanlardan (hər qrupda 24 siçan olmaqla) istifadə edərək, müəlliflər təyin etmişlər ki, Ta1-in (“zadaxin”dərman preparatı şəklində) iki rejimdə parenteral yeridilməsi yoluxmuş siçanların ölüm faizinin statistik davamlı azalmasını təmin etmişdir. Ta1-in 3 inyeksiyası yeridilən siçanlarda terapevtik effekt,  bu maddənin 1 inyeksiyası yeridilən siçanlardan daha bariz idi.

Həmçinin, Ta1-in terapevtik effekti iki rejimdə yeridilən asiklovirin analoji effektindən daha nəzərəçarpan olmuşdur.

timozin-alfa1 sadə herpes virusu