“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

111

BƏZİ ÖLKƏLƏRİN FARMAKOPEYALARINDA DƏRMAN BİTKİ XAMMALININ KEYFİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏ GÖSTƏRİCİLƏRİNİN MÜQAYİSƏLİ TƏDQİQİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2009-1

Yuliya A.Smirnova,Tatyana L.Kiselyova

Rusiya Federasiyası SSİN, Ənənəvi Diaqnostika və Müalicə Üsullarının Federal Elmi Klinik-Eksperimental Mərkəzi

Zəruri və kifayət qədər səviyyədə dərman bitki xammalın keyfiyyətini qiymətləndirməyə imkan verən müasir adekvat kompleks göstəricilərin formalaşdırılması üçün müəlliflər tərəfindən 7 dövlət və 1 regional Avropa Farmakopeyasında qanuni təsdiq olunmuş onun qiymətləndirilməsi üçün yanaşmaların müqayisəli tədqiqatı aparılmışdır. Bu normativ sənədlərdə xammalın keyfiyyətinin göstəricilər nomenklaturası göstərilmişdir;onların müqayisəli öyrənilməsində müəyyən olunmuşdur ki, nəzərdən keçirilmiş farmakopeyalarda göstəricilər çox az fərqlənir və 15 mövqe üzrə üst-üstə düşür. Hazırki məlumat-analitik tədqiqatın nəticələrini dərman bitki xammalı üçün milli farmakopeya məqalələrin işlənib hazırlanmasında istifadə etmək məqsədəuyğundur.