“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

33

RAUF BABAXANOV – 90

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2019-2

Rauf Əliməmməd oğlu Babaxanov 1929-cu il dekabrın 24-də Bakı şəhərində ana­dan olmuşdur. Əslən Qazax rayonunun Çaylı kəndindəndir. 1953-cü ildə Azərbaycan Dövlət Uni­versi­tetinin kimya fakültəsini bitirmiş­dir.

R.Babaxanov 1958-ci ildə kimya elmləri namizədi və 1966-cı ildə kimya elmlər doktoru alim­lik dərəcəsini, 1967-ci ildə isə professor elmi adını almışdır. 1980-ci ildə Azərbaycan EA-nın müx­bir üzvü seçilmişdir.

1953-cü ildə Azərbaycan Elm­lər Akademiyasının Neft İnstitutunda labo­rant vəzifəsində işə baş­lamış­dır. Həmin İnstitutda kiçik elmi işçi (1957-1959), böyük elmi iş­çi, Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi (1959-1965), Aşqarlar Kim­yası İn­sti­tu­tunda laboratoriya müdiri (1965-1969) çalışmışdır. 1969-1992-ci illərdə Azərbaycan Dövlət Tibb İnsititutunun ümumi və bio­üzvi kimya kafedrasının müdiri işləmişdir. 1969-1973-cü illərdə əczaçılıq fakültəsinin dekanı olmuşdur.R.Babaxanovun əsas elmi tədqiqatları aromatik və tsikloparafin kar­bo­hid­rogenlərin və on­la­rın müxtəlif törəmələrinin turşu tipli katalizator işti­ra­kında müxtəlif doymamış halogenidlə al­killəşmə reaksiyası, reaksiyaya təsir edən amillər və onun mexanizminin öyrənilməsinə və sin­tez edilmiş mad­dələrin çev­rilmə məhsullarına həsr edilmişdir. Bu reaksiyaların əksəriy­yəti ori­jinal tədqi­qat­lar olub, onun tərəfindən ilk dəfə aparılmışdır.

Əczaçılıq fa­kül­təsində dekan işləyərkən, kimya fənlərinin əc­za­çı­lıq­da əhəmiyyətini nəzərə alaraq onların tədrisinə xü­su­si diqqət yetirmişdir. Bu sahədə İttifaq miqyasında təş­kil olunan tədbirlərdə yaxından iştirak etmişdir (Tbi­lsi, Lvov və s.). 02-04.II.1987-ci ildə Lvov şəhərində təşkil olunmuş əczaçılıq təh­si­lin­də kimya fənlərinin tədrisinə həsr olunmuş Ümum­it­ti­faq konfransda Azərbaycan Dövlət Tibb İn­sti­tu­tun­dan nümayənədələrindən biri kimi fəal iştirak et­miş­dir.

Əczaçılıq fakültəsinin ixtisas ka­fed­ralarıının dərs­lə­rində və mühazirələrində tez-tez iş­ti­rak edirdi.

 

 

03.02.1987-ci il, Lvov şəhəri, Opera teatrının fo­yesi. Yuxarı sıra soldan-sağa: prof. R.Ə.Ba­ba­­xa­nov, onun həyat yoldaşı Zaira xanım, prof. H.M.Əliyev (əc­za­çılıq kimyası ka­fed­ra­sı­nın mü­diri); aşağı sıra soldan-sağa: əczaçılıq elm­ləri namizədi F.R.Kə­ri­mova (ümumi kim­ya kafedrasının əməkdaşı), prof. H.M.Əli­ye­vin qız­ları Fəridə və Sevinc.

 R.Babaxanov 200-ə yaxın çap olunmuş elmi əsə­rin, o cümlədən 32 müəlliflik şəhadət­namə­sinin və 1 mo­no­qrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 2 elmlər dok­toru və 18 elmlər namizədi müdafiə etmişdir.

Rauf Babaxanov 1992-ci ildə Bakıda vəfat etmişdir.

Təvazökar və qayğıkеş insan, gözəl təşkilatçı оlan prоfеssоr R.Babaxanov həmkarları və tələbələri tərəfindən hörmətlə yad edilir.

 

 

 

 

 “Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı”nın Redaksiyası