“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

111

«ROZXMELIOSPORITSA» FITOKOMPOZISIYASI VƏ ONUN NEYROFARMAKOLOJI FƏALLIĞI

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2009-2

Ramiz A.Axundov,Cəmilə Ə.Piriyeva,Sərxan Ə.Tağıyev,Vüsalə R.Qaraxanova

Azərbaycan Tibb Universiteti, ETM-in farmakologiya şöbəsi, Əczaçılıq texnologiyası, əczaçılığın iqtisadiyyatı və təşkili kafedrası

Müəyyən nisbətdə götürülmüş rozmarin, maya otu, bədrənc, qırxbuğum və darçından ibarət yeni fitokompozisiya «rozxmelisporista» maddəsi təklif edilmişdir və onun quru, suda həll olan ekstraktı alınmışdır. Heyvanlar üzərində aparılan neyrofarmakoloji tədqiqatlar əsasında fitokompozisiyanın davranış motivasiyasını aktivləşdirən elementlər və onları təşkil edən üfiqi yerdəyişmə, şaquli və axtarış aktivliyi aşkarlanmışdır. Yeni preparat həmçinin heyvanlara onların davranışına təhrikedici stimulların təsiri zamanı heyvanların emosional-reaktiv əsaslarını yüksəltmiş, « yuva » reflekslərinin pozulması, etanol narkozunun zəifləməsi, eksperimental yorulma fonunda fiziki işgüzarlıqlarının artmasına səbəb olmuşdur. Alınan məlumatların yekunu rozxmelisporisiyanı MSS-i stimullaşdıran vasitələr sırasına aid etməyə imkan verir.