“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

119

QARAGİLƏ YARPAQLARINDAN ALINMIŞ QURU EKSTRAKTIN FİTOKİMYƏVİ TƏDQİQİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2016-1

Andrey L.Zaqayko,Oleq N.Koşevoy,İlya A.Koliçev,Elşən Y.Əhmədov,Andrey N.Komissarenko

Milli Əczaçılıq Universiteti, Xarkov, Ukrayna

Garagilə yarpaqlarından alınmış quru ekstraktının fenol birləşmələrinin kəmiyyətinin və miqdarının öyrənilməsi, onun əsasında hipoqlikemik təsirə malik yeni dərman vasitəsinin yaradılmasının perspektivli olmasını göstərmişdir. Garagilə yarpaqlarından alınmış quru ekstraktın tərkibində 15 fenol təbiətli maddə müəyyən edilmişdir. Bunlardan 8 hidroksidarçın turşusudur, onlardan 3 müəyyən edilib, 5 flavonoid müəyyən edilib, arbutin aşkarlanıb, 1 maddə müəyyən olunmamışdır. Daha çox xlorogen turşusu və rutinin varlığı müəyyən edilmişdir. Garagilə yarpaqlarından alınmış quru ekstraktda 5 monoşəkərin olması aşkar edilmişdir. Garagilə yarpaqlarından alınmış quru ekstraktının hipoqlikemik, hipolipidemik və antioksidant effektləri müəyyən edilib.

qaragilə ekstrakt fenol birləşmələr hipoqlikemik fəallıq