“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

288

AZƏRBAYCAN KÖPÜKOTU (Hedysarum atropatanum Bge.) BİTKİSİNİN XAMMALININ MORFOLOJİ-ANATOMİK ANALIZI

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2017-2

Cavanşir İ.İsayev1,Nərmin T.Babayeva1,Namiq K.Abbasov2

1Azərbaycan Tibb Universiteti, farmakoqnoziya və botanika kafedrası 2AMEA-nın Naxçıvan bölməsinin Bioresurslar İnstitutu

Aparılmış mikroskopik analiz nəticəsində H. atropatanum bitkisinin xammalının – yarpaq və köklərinin anatomik quruluşundakı fərqli özəlliklər öyrənilmişdir. Bitkinin yarpaqlarının eninə kəsiyində üst və alt epidermisin altında bir qatda yerləşmiş hipoderma aşkar edilmişdir. Hipederma hüceyrələri iridir, oval formalıdır, bir-birinə çox sıx yerləşir. Yarpaqcığın alt və üst tərəflərində səthi vəzicikli tükcüklər, içərisi narıncı rəngli piqmentlərlə dolu hüceyrələr, ağızcıqlar və damarların səthi boyu yerləşmiş kalsium-oksalat kristal təbəqəsi vardır.

Bitkinin kökü ikincili quruluşa malikdir. Kökün eninə kəsiyinin ümumi görünüşü girdə formadadır. Qabıq örtük toxuması kökün ümuni həcminin 15-ni, ksilema isə 85 %-ni təşkil edir. Floema ilə ksilema təbəqələri arasında kambi sahəsi yerləşir ki, o da 7-ə qədər hüceyə qatından ibarətdir, ölçüsü 45 mkm-dir. Kambi sahəsinin hüceyrələri düzbucaqlı, yastı və dartılmış formadadır. Protoplastın tərkibində assimlyasion nişasta müşahidə olunur. Kökün eninə kəsiyində birincili ksilema 2 növ ötürücü topa qalıqları ilə təmsil olunmuşdur.

Beləliklə, mikroskopik analiz nəticəsində H. atropatanum bitkisinin yarpaq və köklərinin anatomik quruluşundakı fərqli xüsusiyyətlər öyrənilmişdir. Müəyyən edilmiş diaqnostik əlamətlər bu bitki növünün xammalının standartlaşdırılması üçün istifadə oluna bilər.  

Hedysarum mikroskopik analiz tükcük kalsium-oksalat kristalları hipoderma