“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

58

ŞƏKƏRLİ DİABET VƏ ONUN AĞIRLAŞMALARININ MÜALİCƏSİNDƏ LİMFATROP FİTOTERAPİYANIN ƏHƏMİYYƏTİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2021-1

Aytac T. Bədəlova

Azərbaycan Tibb Universiteti, patoloji fiziologiya kafedrası

İşin məqsədi eksperimental şəkərli diabet və onun ağırlaşmalarının müalicəsində limfatrop fitoterapiya üsullarının işlənib hazırlanmasıdır. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir  ki, emoksipinin ADLY ilə birgə tətbiqi zamanı aşkar edilən antioksidant effekti təkcə LPO məhsullarının azalması ilə deyil, həm də QSH-ın artması ilə müşayiət edilmişdir. Eksperimental ŞD modelləşdirilmiş dovşanlara fibrinolitik – urokinazanın ADLY ilə birgə yeridilməsi təkcə qan və limfanın fibrinolitik fəallığını yüksəltməmiş,  bu zaman nəzərə çarpacaq dərəcədə antikoaqulyant və antioksidant effekti də müşahidə edilmiş, qanda və limfada xeyli dərəcədə aterogen lipidlərin miqdarı da azalmışdır.

Daha rasional terapevtik effekt isə AƏQP-nın patogenezinin müxtəlif mexanizmlərinə  təsir göstərə bilən emoksipin və urokinazanın ADLY ilə birgə tətbiq edilməsi zamanı müşahidə edilmişdir. Qan və limfanın damardaxili laxtalanması daha davamlı zəifləmiş, toxumaların limfadrenajı güclənmişdir. Bu zaman LM-də və LPO-da baş verən dəyişiklər dərinləşmiş, belə müalicə daha güclü antioksidant və limfastimuləedici təsir göstərmişdir.     

şəkərli diabet limfotrop fitoterapiya aşağı ətrafların qan dövranın pozulması