“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

124

MÜALICƏYƏ QƏDƏR VƏ SONRA SÜD VƏZININ XƏRÇƏNGI OLAN XƏSTƏLƏRIN QAN ZƏRDABINDA FERRITININ TƏDQIQI

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2009-2

Mohaməd A.Əl-Həfni,Sevil T.Kərimova,Arif M.Əfəndiyev,Akif H.Hacıyev

Azərbaycan Tibb Universiteti, bioloji kimya kafedrası

Süd vəzisinin xərçəngi qadınlar arasında çox geniş yayılmış şiş patologiyasıdır. Təqdim olunan tədqiqat işi 100 süd vəzisinin xərçəngi olan xəstənin qan zərdabında ferritinin öyrənilməsinə həsr olunmuşdur. Xəstələrin yaşı 28-69 arasında tərəddüd etmişdir. Müalicədən asılı olaraq, bütün xəstələr 3 qrupa bölünmüşdür: cərrahi əməliyyata qədər (40 nəfər), cərrahi əməliyyatdan 3 həftə sonra (30 nəfər) və kimya terapiyasından 3 həftə sonra (30 nəfər). Bundan əlavə, bütün xəstələr premenopauzal və postmenopauzal meyara əsasən də təsnifləşdirilmişdir. Tədqiqat nəticəsində aşkarlanmışdır ki, hər üç qrupda ferritinin səviyyəsi nəzarət qrupu ilə müqayisədə yüksəlir. Birinci qrupda 136,7%, ikinci qrupda 67,42% və üçüncü qrupda 125,1% artım müşahidə olunmuşdur. Cərrahi müdaxilədən 3 həftə sonra ferritinin miqdarındakı azama statistik cəhətdən qeyri-dürüstdür. Postmenopauzal dövrdəki dəyişikliklər premenopauzal dövrə nəzərən daha qabarıqdır.

Alınmış nəticələr süd vəzisi xərçənginin inkişaf səviyyəsinin antioksidant sistemin nümayəndəsi olan ferritinin qanda miqdarı ilə sıx əlaqədə olduğunu göstərir və bu nöqteyi-nəzərdən proqnostik əhəmiyyət kəsb edir.