“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

303

HAFİZ MƏMMƏDRƏHİM oğlu ƏLİYEV – 85 Elmi, Pedaqoji və İctimai fəəliyəti haqqında qısa məlumat

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2016-2

Fəridə H.Heydərova,Fuad İ.Məmmədov,Fərid İ.Əliyev

V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Redaksiya

 

Hafiz Məmmədrəhim oğlu Əliyev 1931-ci il dekabr ayının 12-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1945-ci ildə 125 saylı kənd məktəbinin 7-ci sinifini bitirdikdən sonra, 1946-cı ildə Bakı Əczaçılıq Texnikumuna daxil olmuş və 1949-cu ildə fərqlənmə ilə bitirmişdir. 1949-cu ildə Moskva Əczaçılıq Institutuna (hazırda İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Əczaçılıq fakultəsi) daxil olmuş və 1954-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində, əczaçılıq kim­ya­sı  fənni  üzrə, kafedra müdiri tanınmış  alim prof.  P.L.Senovun elmi rəhbər ol­du­ğu Tələbə Elmi Cəmiyyətində fəal iştirak et­miş­dir. İlk ədəbiyyat araş­dırmaları (III kurs) “Azər­bay­can neft qazıntı suları əsasında SSRİ-də yod sə­na­ye­sinin yaranma tarixi”nə həsr olunmuşdu. Sonrakı təc­rübi araşdırmaları (IV - V kurslar, rəhbər dos. Q.A.Melentyeva) əvvəl, xinolin törəmələrinin Skraup sin­tezi əsasında alınmasına, sonra isə fənn üzrə ye­ni proqramla əlaqədar, dərman formalarının analiz üsul­larına aid olmuşdur.  Prof. P.L.Senovun təq­dimatı əsasında Moskva Əczaçılıq İnstitutunun Elmi Şu­rasının tövsiyəsi ilə Azərbaycan Dövlət Tibb İn­stitutunun əczaçılıq kimyası kafedrasında (kafedra mü­diri, professor İsaak Konstantinoviç Qolberq) mü­sabiqə yolu ilə 1954-cü ilin dekabr ayında as­pir­an­turaya qəbul olunmuşdur.

 

Şəkil 1. Prof. İ.K.Qolberq (soldan dördüncü) kafedra və fakültə əməkdaşları ilə birlikdə:

soldan-sağa aspirant H.Əliyev, ass. G.Paşayeva, dos. İ.Dəmirov, ass. Ə.İsmayılov, Bakı, 1955-ci il.

 

1957-ci ilin II yarısında, Azərbaycan florasından olan poruq (Stachys L.) növlərinin farmako-kim­yəvi tədqiqinə həsr olunmuş namizədlik dissertasiya işini bitirmiş və 1958-ci ildə müdafiə etmişdir.

İnstitut rektorluğunun icazəsi ilə elmi araşdırmalarını həmin kafedrada davam etdirmişdir.

1954-ci ilin sentyabr ayından Bakı Əczaçılıq Texnikumunda müəllim vəzifəsində (saat hesabı) iş­lə­miş, 1960-cı ildən isə İnstitutun əczaçılıq kimyası kafedrasına assistent vəzifəsinə qəbul olunmuşdur. 1963-1965-ci illərdə İnstitutun Bioloji kimya kafedrasında (müdir prof Ə.S Həsənov) əvvəl assistent, son­ra isə dosent əvəzi vəzifəsində çalışmışdır.

1964-cü ildə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının əczaçılıq üzrə ixtisaslaşdırılmış El­mi Şurasında “B qrupu vitaminləri preparatlarının fotometriyası sahəsində tədqiqat” mövzusunda (el­mi məsləhətçilər prof. P.L.Senov, prof. Ə.S.Həsənov) əczaçılıq elmləri üzrə doktorluq dissertasiyasını mü­dafiə etmişdir. 1965-2013-cü illərdə əczaçılıq kimyası kafedrasında müdir, 2013-2015-ci illərdə pro­fessor vəzifəsində çalışmışdır.

Əczaçılıq kimyası kafedrasına rəhbərlik etdiyi dövrdə, əczaçılıq sahəsində öz elmi məktəbini ya­rat­mış­dır. Onun elmi məsləhətçi və elmi rəhbərliyi altında 3 doktorluq və 23 namizədlik dissertasiyası ye­rinə yetirilmişdir. Qazaxıstan və Türkmənistan Respublikalarında əczaçılıq kimyası kafedralarının mü­dirləri  (A.S.Beysenbəyov, A.O.Onov) onun aspirantları və sonradan doktorantları olmuşlar.

 

Şəkil 2. Prof. P.L.Senov, xanımı ilə birlikdə Bakıda qonaq olarkən:

Prof H.M.Əliyev, onun dissertantları və qardaşı, ilk milli əczaçı kadrlardan (1936-cı il texnikumu, 1949-cu ildə isə əczaçılıq fakültəsini bitirmiş) olan Yaqub Məmmədrəhim oğlu Əliyev (ikinci sırada sağdan birinci) ilə birlikdə, Bakı, 1966-cı ilin avqust ayı.

 

Doktoruq dissertasiyalarına elmi məsləhətçi*) :

1. БЕЙСЕНБЕКОВ А.С. Исследование реакций образования полиметиновых красителей и их использование в анализе лекарств и некоторых биологических объектов, Москва, 1984.

2. МОВСУМОВ И.С. Фармако-химическое исследование некоторых промышленно-полезных растений и их отходов в лекарственных целях (получение и стандартизация биологически активных соединений), Москва, 1993.

3. ОНОВ А. Исследования в области анализа биологически активных соединений на основе разработанных хромогенных реакций и методик, Ашхабад, 1996.                                             

Namizədlik dissertasiyalarının elmi rəhbəri və məsləhətçisi:

1. МУСТАФАЕВА Л.И. Комплексонометрическое и потенциометрическое определение фармацевтических препаратов соединений цинка, меди, таллия, свинца и серебра, Баку, 1968.

2. ОГАНЕСЯН А.Т. Исследование в области комплексонометрического определения фармацевтических препаратов соединений ртути, Баку, 1968.

  1. БАБАЕВ Н.А.  Фармако-химическое исследование некоторых видов  барвинка  из флоры Азербайджана, Баку, 1969.
  2. ОНОВ А.О. Исследование комплексообразующих свойств азопроизводных оксиметилпи-ридиновых витаминов для определения в препаратах и биологических объектах, Баку, 1970.
  3. МИРЗА-ЗАДЕ Н. А.  Исследование некоторых видов барвинка из флоры Азербайджанской ССР в целях получения медицинских препаратов, Баку, 1972.
  4. АЛЕКПЕРОВ А.Ф.  Использование аналитических методов контроля в производстве гепарина, Баку, 1972.
  5. БЕЙСЕНБЕКОВ А.С. Использование реакций образования полиметиновых красителей в анализе фармацевтических препаратов производных никотиновой и изоникотиновой кислот, Баку, 1972.
  6. АББАСОВ А.З.  Фотометрическое и газохроматографические методы определения в воздухе токсических веществ, встречающихся в производстве гербицидов 2,4-дихлорфеноксиуксусной кислоты, Баку, 1972.
  7. ШУБИНСКАЯ Э.С. Исследования в области создания новых препаратов инсулина длительного действия на основе лекарственных полимеров, Баку, 1972.
  8. АХУНДОВА Л.Х. Комплексонометрическое, фотометрическое и хроматографическое определение   меди,  цинка   и   ртути  в   различных  объектах   с  использованием  меркуриона,
  9.  , 1974.

11. МОВСУМОВ И.С.  Фармако-химическое исследование некоторых видов цефалярия из флоры Азербайджанской ССР, Москва 1979.

  1. ОРАЗМУРAДОВ Г.М. Фармако-химическое исследование самшита   гирканского из флоры Азербайджанской ССР, 1979.

 

13. ГУСЕЙНОВ Б.М. Ртуть-комплексы азосоединений теофиллидина и метилового эфира пиридоксина и их использование в фармацевтическом   анализе, Москва, 1985.

14. ЮСИФОВА Д.Ю. Комплексообразующие свойства азопроизводных оксифенил­алкил­аминов и их использование в фармацевтическом анализе, Баку, 1995.

15. КАРАЕВ Э.А.  Использование фотометрии и газо-жидкостной хроматографии для определения производных 1,4-бензодиазепина в лекарственных формах и биологических объектах, Баку, 1995.    

16. ЕЛЛЫЕВ К.Т. Использование реакций образования металл-комплексов азопроизводными оксиметилпиридина для контроля отдельных стадий производства препаратов и в анализе витаминизированных продуктов, Ашхабад, 1996.

17. ИСКЕНДЕРОВ В.Г. Исследование комплексообразования азопроизводных 3-оксипиридинметанола и их использование в фармацевтическом анализе, Баку, 1998.    

18. МАМЕДОВ Ф.И. Исследование комплексообразующих свойств азопроизводными лекарственных веществ, производных имидазола и их использование в фармацевтическом анализе, Баку, 2004.

19. ИБРАГИМОВ Р.И. Синтез и биологическая активность производных пирролинопиридина, Баку, 2004.

20. НАГИЕВА М.М. Использование комплексообразующих свойств некоторых азосоединений в титриметрии лекарственных веществ, содержащих сульфгидрильную группу, Баку, 2005.

21. АЛИЕВ Ф.И. Синтез меркурионов, их стандартизация и применение в фармацевтическом анализе, Баку, 2007.

22. BABAZADƏ H. M. Teofillidin azotörəmələrinin sintezi və onların titrimetriya ilə dərmanların analizində tətbiqi, Bakı, 2010.

23. HEYDƏROVA F.H. Bəzi piridoksin azotörəmələrinin (merkurionların) antimikrob fəallığının öyrənilməsi, Bakı, 2016.

Elmi rəhbər və elmi məsləhətçi olduğu namizədlik (fəlsəfə doktoru) dissertasiyaları arasında kimya elm­­ləri üzrə (analitik kimya ixtisası) 2 disertasiya işi (A.Z.AbbasovL.X.Axundova), 1 dis­ser­ta­si­ya işi mikrobiologiya ixtisası, tibb üzrə fəlsəfə doktoru F.H.Heydərova vardır. Digər dis­ser­ta­si­ya­la­rın hamısı əczaçılıq elmləri üzrədir. Dissertasiya işlərinin böyük əksəriyyəti (2 doktorluq və 15 na­mi­zəd­lik dissertasiyası) onun doktorluq dissertasiyasında olan elmi yeniliklər və elmi istiqamətlə əla­qə­dar­dır.

1956-2016-cı illər ərzində 280 elmi işin (dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, 16 ixtiraya aid Mü­əlliflik şəhadətnaməsi (SSRİ), bunlardan 3-nün dərcinə icazə verilməmək şərti ilə və 2 patent), o cümlədən MDB daxil olmaqla xaricdə 140 iş çap etdirmişdir. Bu işlər əsasən, Ümumittifaq qu­rul­tay­la­rın, konfransların materiallarında və tanınmış mərkəzi və respublika jurnallarında çap edilmişdir: «Ап­течное дело», «Фармация», «Медицинская промышленность», «Химико-фармацевтический Жур­нал», «Лабораторное дело», «Санитария и Гигиена» (Moskva), «Растительные ресурсы» (Sankt-Peterburq), «Химия природных соединений» (Daşkənd), «Фармацевтiчнii Журнал» (Киев), Azərbaycan Tibb Jurnalı, Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı (2006-cı ilə qədər “Azər­baycan Əczaçılıq Jurnalı”).

Çap olunmuş işlərin əsas istiqamətləri aşağıdakılardı:

  1. Dərman bitkiləri və bitki mənşəli maddələrin öyrənilməsi;

Dərman bitkilərinə aid tədqiqatlar Azərbaycan florasından olan, əsasən aşağıdakı cinslərə aid növlərə həsr olunmuşdur: Mentha L., Stachys L., Adonis L., Centaurea L., Vinca W. et K., Cephalaria L., Buxus  Pojark. və b.

Bu sahədə olan işlər çoxsaylı Ümumittifaq və respublika miqyaslı qurultaylar, konfransların materiallarında dərc olunmuşdur, həmçinin Elmlər Akademiyasının konfranslarında, Xəbərlər və Məruzələrdə, mərkəzi jurnallarda dərc olunmuşdur. Məsələn:

1. М.А.Топчибашев, В.Л.Гаджиев, А.М.Алиев. Республиканское совещание по итогам изучения лекарственных растений Азербайджана // Известия АН Азербайджанской ССР, Серия биологических наук, 1969, №5, с.139-140,

2. Акуаммицин из барвинка травянистого и его фармакологическое изучение  // Материалы республиканского совещания по итогам изучения и использования лекарственных растений Азербайджана, 26-27 мая 1969, Баку, 1970, Издательство, «ЭЛМ», АН Азербайджанской ССР, с.113-117.

3. Состояние и перспективы развития фармако-химии растительных веществ в Азербайджанской ССР // там же, с.15-22.

4. Pharmaco-chemical study of some Vinca and Buxus alkaloids of Azerbaijan flora // Juphar 9 th International congress of Pharmacology, London, 1984, Abstracts, p.62.

II. Dərman maddələrinin, sənaye preparatlarının və onların biokimyəvi, sanitar-kimyəvi və kimya-toksikoloji analizi;

Yuxarıda göstərilən jurnallarda dərc olunmuş əczaçılıq analizinə dair məqalələrdən bir çoxları, digər ölkə tədqiqatçılarının müəllifə müraciəti əsasında onlara göndərilmiş və istifadə edilmişdir. Aşağıda belə işlərin bəzilərini təqdim edirik:

1. Фотометрическое определение раствора тиамина в ампулах. Азербайджанский медицинский журнал, 1971, №1, с.39-44.

2. Фотоколориметрическое определение тиамина //Аптечное дело, 1963, №5, с.31-35.

3. Приготовление и применение стабилизированной соли диазония для колориметрического определения витамина В1 // Аптечное дело, 1963, №2, с.50-56.

4. Фотоколориметрическое определение рибофлавина в фармацевтических препаратах // Аптечное дело , 1963, №1, с.49-53.

5. Фотоколориметрический метод определения никатинамида в фармацевтических препаратах // Аптечное дело, 1964, №2, с.32-36.

6. Новый колориметрический способ определения пиридоксина гидрохлорида в фармацевтических препаратах //Аптечное дело, 1964, №4, с.40-43.

7. Новая цветная реакция на витамин В6 и ее спектрофотометрическое исследование //Аптечное дело, 1964, №6, с.31-37.

Bu məqalələr , müraciət əsasında 70-ci illərin başlanğıcında Londona, Pakistan əsilli tədqiqatçı Man­zur-ul-Hague Hashmi, Lahor şəhərində Sənaye Preparatları Laboratoriyasının müdirinə gön­də­ril­miş və doktorluq dissertasiyası üzərində işlədiyi üçün istifadə edəcəyi göstərilmişdi. 1973-cü il Lon­don­da çap edilmiş “Assay of vitamins in Pharmaceutical Preparation” kitabında bu göstərilən işlər tam in­gilis dilinə tərcümə edilərək verilmişdir. Sonrakı illərdə ingilis dilində dərc olunmuş məqalələrdəki ye­niliklər, analiz üsulları, digər ölkələrin tədqiqatçıları tərəfindən də istifadə olunmuşdur, məs., Hin­dis­tan tədqiqatçıları V.Nirmalchander, N.Balasubramaiyan, Analyst, 1988, 113, N7, s. 1097-1099, (Lon­don), çap etdirdikləri məqalədə ki materiallarda olan B6 vitamini sənaye preparatlarında təyini üsu­lundan istifadə edərək, həmin üsulu gündəlik istifadə üçün tövsiyə etmişlər. Bu məqalədə Hashminin kitabına istinad olunur.

Определение никотиновой кислоты и ее производных в промышленных препаратах // Хи­ми­ко-фармацевтический журнал, 1971, №6, с.55-59, məqaləsində nikotinamidin çoxsaylı mul­ti­vi­ta­min­li preparatlarda təyininə aid üsul SSRİ Dövlət Farmakopeyasının XI nəşrinə daxil edilmişdir (DFXI, hissə 2, Moskva, 1990-ci il, səh. 54-55). Bir qism işlər istehsal olunan dərman preparatlarının stan­dartlaşmasında, sənayedə Dövlət Normativ sənədləri əsasında tətbiq olunur. 

III. Bioloji fəal maddələrin alınması və sintezi;

Bu istiqamətlərə dair ətraflı məlumatlar Azərbaycanda Ali Əczaçılıq təhsilin 60 illiyinə həsr olunmuş yubiley konfransın materiallarında, onun rəhbərliyi altında yerinə yetirilmiş doktorluq və namizədlik dissertasiyalarında və dərc olunmuş çoxsaylı elmi məqalələrində öz əksini tapmışdır.

Bu bölmədə, müxtəlif mənşəli xammaldan, əsasən heyvani, bəzi bitki xanmalından alınmış kimyəvi maddələr və sintez vasitəsilə alınan maddələr nəzərdə tutulur. Bəzi sintez olunan müddələr kimyəvi və analitik reagentlər kimi istifadə olunmaqla yanaşı, onların tibb üçün əhəmiyyətli olan antimikrob fəallığına həsr olunmuşdur, bunlara misal kimi heterotsiklik azotörəmələri, xüsusən, piridoksin azobirləşmələrinə (merkurionlar) aid işləri göstərmək olar.

1. Новый металл-индикатор для комплексонометрии - меркурион // Труды I-го Всесоюзного съезда фармацевтов. Москва, 1970, с. 789-795.

2. Piridoksin və onun struktur bənzərləri üçün səciyyəvi xromogen reaksiyanın kimyası haqqında // Azərbaycan Əczaçılıq Jurnalı, 2004, №2, s. 15-18.

3. Merkurionların  sintezi  və   standartlaşdırılması  //  Azərbaycan   Əczaçılıq   Jurnalı,  2005,  №1,

 s. 17-22.

4. Сравнительное определение амоксициллина в капсулах методами меркуриметрии и жид­кост­ной хроматографии // Химико-фармацевтический журнал,  Москва, 2011, т.45, №4. с. 53-56.

5. Para-aminbenzoy turşusu və bəzi törəmələri ilə piridoksin əsasında sintez edilmiş azotörəmələrin (merkurionlar) in vitro antifunqal fəallığı // Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, 2015, №1, s. 5-10. 

IV. Tədris materialları – dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, tədris-metodik göstərişlər, icmallar və mühazirələrin bəzilərini qeyd edirik:

Dərsliklər və dərs vəsaitləri:

1. Əczaçılıq kimyası, I hissə, 1979, Bakı, «Maarif»,  355 s. (225 ç.v.).

2. Əczaçılıq kimyası, I hissə, 1982, Bakı, «Maarif»,  351 s.

Dərsliklər SSRİ Səhiyyə Nazirliyinin qrifi ilə nəşr olunmuşdur.

3. Применение реакции образования полиметиновых красителей в фармацевтическом анализе (учебное пособие), Алма-ата, 1986,  83 c.

4. Əczaçılıq kimyasından laboratoriya məşğələlərinə rəhbərlik, Bakı, “Maarif”, 1996,  364 s.

5. Kimyəvi dərman maddələri onların analizi və işlənməsi (dərs vəsaiti), Bakı, 2006,  251 s.

Monoqrafiyalar:

1. Изготовление лекарственных форм и препаратов, хим. реактивов и медицинских изделий из минеральных ресурсов Азербайджана (монография), Баку, “Азернефтнешр”, 1960, 72 c. В соавторстве с проф. Р.К.Алиевым

2. Витамины группы «В» (значение, применение, фотометрический анализ) (монография), Баку, “Азернешр”, 1971, 62 c.

3.Dərmanların kompleksonometriya ilə analizi (monoqrafiya), Bakı, 1973, 108 s..

İcmallar və mühazirələr:

1. Колориметрическое определение левомицетина и его аналогов.  Аптечное дело, 1961, №4, с. 69-72.

     2. Фотометрия в анализе биологически высокоактивных фармацевтических препаратов (Cообщение 1), Фармация, 1967, №3, с.80-84; Cообщение 2, №6, с. 66-71.

3. Азокрасители как металл-индикаторы для комплексонометрического определения фармацевтических препаратов. Фармация, 1970, №6, с. 85-91.

4. Алкалоиды группы  индолина и его производные в различных видах барвинка. Фармация, 1973, №2, с. 82-88.

 5. Лекарственное значение барвинков как источника алкалоидов группы индола и его производных. Фармация, 1973, №3, с. 77-83.

6. Использования реакций образования полиметиновых красителей в фармацевтическом анализе. Фармация, 1974,  №2, с. 80-83.

7. Методы анализа препаратов гепарина. Фармация, 1978, с.50-55.

8. Химический состав и фармакологические свойства видов семейства Dypsacoceae. Растит. ресурсы, 1981, №4, с. 602-612.

9. Penisillinlər, sefalosporinlər və digər beta-laktam antibiotiklərinin preparatları. Azərbaycan Əczaçılıq Jurnalı, 2002, №1, s. 65-74.

10. Xinolon qrupu dərman maddələri. Azərbaycan Əczaçılıq Jurnalı, 2003, №2, s. 50-54.

11. Dərman vasitələrinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyində optik izomeriyanın (enantiomeriyanın) əhəmiyyəti. Azəbbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, 2007, №2, s.9-16.

12. Asimmetrik sintez, onun dərman maddələrinin istehsalında və keyfiyyətinin  artırılmasında əhəmiyyəti. Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, 2008, №1, s. 9-16.

13. Angiotenzin çevirən fermentin inhibitorları olan preparatlar, standartlaşdırılma və  “quruluş- fəallıq” əlaqələri haqqında. Аzərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, 2009, №2, s. 36-40.

14. Prodərmanlar, onların yaradılması və əhəmiyyəti haqqında (icmal). Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, 2012, №2, s. 31-36.

V. Azərbaycanda  əczaçılıq  təhsili,  əczaçı  kadrların  hazırlanması, tarixi, rəylər; və b.

Bu istiqamət əsasən Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) əczaçılıq fəaliyyəti, əczaçılıq xidmətinin vəziyyəti, Sovet hakimiyyəti və müstəqillik illərində milli əczaçı kadrların hazırlanmasını əhatə edir. Bəzilərini qeyd edək:

 

1. Əziz Əliyev və Azərbaycanda əczaçılıq təhsili // Görkəmli Dövlət və elm xadimi, professor Əziz Məmmədkərim oglu Əliyevin anadan olmasının 110-illiyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 2007, s.52-56.

2. Azərbaycanda əczaçılığın inkişafı (1918-1998-ci illər) //Azərbaycan Tibb Jurnalı, 1999, №2, s. 69-71.

3. Ali əczaçılıq təhsilinin aktual məsələləri// Azərbaycan Əczaçılıq Jurnalı, 2001, №2, s. 14-17.

4. Azərbaycanda ali əczaçılıq təhsilinin yaranmasının 70 illiyi və inkişafı haqqında // Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, 2009, №1, s.5-10.

5. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) hökümətinin əczaçılıq sahəsində fəaliyyəti haqqında // Azərbaycan Əczaçılıq Jurnalı, 2004. №1, s. 23-28.

6. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) hökümətinin əczaçılıq xidmətinin vəziyyəti haqqında // Azərbaycan Əczaçılıq Jurnalı, 2004, №2. s.54-58.

  1. Рецензия на учебник А.М.Халецкого, «Фармацевтическая химия» // Фармация, 1968, №1. с. 89-91.

8. III Национальный конгресс Чешского фармацевтического общества // Фармация, 1980. №3,  с. 75.

9. Kimya və həyat // Gənclik Nəşriyyatı, Bakı ,1967 ,64s.

Prof. H.M.Əliyev 1990-cı ilə qədər keçmiş SSRİ-də əczaçılıq elmi və təhsilinə aid bütün mərkəzi qu­rumlarda respublikamızı təmsil etmiş, belə ki, SSRİ Səhiyyə Nazirliyi Ali Əczaçılıq Təhsili üzrə Mər­kəzi Tədris metodiki komissiyanın uzun illər ərzində üzvü, kafedra isə bu komissiyanın dayaq mü­əssisəsi olmuşdur.

Bu illərdə bir sıra məsuliyyətli tapşırıqları yerinə yetirmiş və vəzifələri icra etmişdir: Tomsk və Alma-Ata Tibb institutları əczaçılıq fakultələrinin fəalliyyətini yoxlayan komissiyalarda sədr,  üzv olmuşdur.

- Ukrayna SSR Lvov Tibb İnstitutu əczaçılıq fakultəsində buraxılış Dövlət İmtahan Komissiyasının sədri olmuşdur;

- Əczaçıların ümumittifaq qurultaylarının təşkilat komitəsinin üzvü olmuşdur.

- SSRİ SN əmri ilə 1987-ci ildə Bakı şəhərində, rəhbərlik etdiyi kafedranın nəzdində keçirilmiş Ümumittifaq Tədris-Metodik komissiyasının “Əczaçılıq kimyası və toksikoloji kimya” bölməsinin müşavirəsinə rəhbərlik etmişdir;

- SSRİ Tibb Elmləri Akademiyasının “Əczaçılıq” üzrə Ümumittifaq Problem Komissiyasının uzun illər ərzində üzvü olmuş, 25 ildən artıq Moskvada nəşr olunan əczaçılıq sahəsində Ümumittifaq “Фармация” jurnalının redaksiya Şurasına üzvü olmuşdur;

- SSRİ Ali Atestasiya Komissiyasının “Əczaçılıq kimyası və farmakoqnoziya” ixtisası üzrə dok­tor­luq və namizədlik dissertasiyalarına rəy vermək üçün kafedra aparıcı müəssisə olmuşdur. Müxtəlif şə­hərlərdə (Moskva, Lvov, Pyatiqorsk, Tbilisi və s.) doktorluq və namizədlik dissertasiyalarının rəsmi op­ponenti kimi iştirak etmişdir;

- Xarici ölkələrdə (Böyük Britaniya, Hindistan, Rusiya Federasiyası, Ukrayna və b.) yerinə ye­ti­ri­lən bəzi dissertasiya işlərində və nəşr olunan monoqrafiya və dərsliklərə təklif olunmuş elmi yeniliklər da­xil edilmiş, əczaçılıq sənayesində tətbiq edilən Normativ Sənədlərdə (SSRİ Dövlət Far­ma­ko­pe­ya­sı­nın X və XI nəşrləri) öz əksini tapmışlar;

- 1967-1983-cü illərdə Azərbaycan Əczaçıları Elmi Cəmiyyəti İdarə heyətinin sədri olmuş və Res­pub­lika əczaçılarının I və II qurultaylarının (1976 və 1983-cü illər) keçirilməsinə rəhbərlik etmişdir;

- 1965-1968 -ci illərdə, Azərbaycan Tibb İnstitutunun nəzdində SSRİ Ali Attestasiya ko­mi­siyyasının qərarı ilə, tibbi nəzəri elmlər üzrə  doktorluq və namizədlik disertasiyalarının müdafiəsi üz­rə feəaliyyət göstərən Şuranın Elmi Katibi olmuşdur. Bu Şurada, əczaçılıq elmləri sahəsində ancaq “Əc­zaçılıq kimyası və Farmakoqnoziya” ixtisası üzrə müdafiyəyə icazə verilmişdi.Həmin dövrdə, Orta Asi­ya Respublikalarında belə Elmi Şura yox idi. Odur ki, dissertantlar xüsusən, əczaçılar müdafiə üçün bu Şuraya müraciət edirdilər.

Şəkil 3. Azərbaycan Əczaçılarının I Qurultayının açılışı, Bakı, 1976-ci il, 28 iyun.

 

- 1965-cı ildə Azərbaycan SN-əmri ilə Bakı əczaçılıq məktəbində buraxılış Dövlət İmtahan komissiyasının ,1968-70-ci illərdə Səhiyyə Nazirliyinin Ali təhsilli əczaçıların (provizorların) Attestasiya komissiyasının sədri olmuşdur;

- 1970-80-ci illərdə Azərbaycan Elmlər Akademiyasında akademik M.A.Topçubaşovun təşəbbüsü ilə yaradılmış və fəaliyyət göstərmiş “Dərman bitkiləri” Problem Elmi Koordinasiya Şurası sədri olmuşdur;

- 1990-98-ci illərdə Azərbaycan Tibb İnstitutunun əczaçılıq və kimya fənləri üzrə Problem komissiyasının sədri olmuşdur;

- Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası təşkil olunandan 1997-ci ilə qədər tibb üzrə ekspert Şurasının üzvü olmuşdur;

- Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının əczaçılıq üzrə (əczaçılıq kimyası və farmakoqnoziya ixtisasları) təşkil etdiyi birdəfəlik İxtisaslaşdırılmış Dissertasiya Şuralarının sədri olmuşdur. Sonrakı illərdə Ali Attestasiya Komissiyasının göstərişi ilə bir neçə doktorluq (tibb və biologiya  üzrə) və namizədlik dissertasiyalarına (kimya, biologiya və əczaçılıq) rəylər vermişdir;

- 1996-cı ilin sonunda Milli Məclis tərəfindən “Əczaçılıq fəaliyyəti haqqında”, 2006-2007-ci illərdə isə “Dərman Vasitələri Haqqında”  Qanunların  hazırlanma və müzakirə mərhələlərində Milli Məclisin “Sosial siyasət daimi komissiyasının” işçi qrupunda iştirak etmişdir;

- Azərbaycan Respublikası Nazirlər kabineti yanında Dövlət “Elm və Texnika” komitəsinin (sədr akad. A.X.Mirzəcanzadə) keçirdiyi müsabiqə əsasında 26 noyabr 1996-cı il 30 saylı əmri ilə “Azər­baycan Respublikasında əczaçılıq sənayesinin inkişaf Konsepsiyasını” hazırlayan müvəqqəti iş­çi kollektivin üzvi və rəhbəri olmuşdur. Konsepsiya Komitə tərəfindən bəyənilərək qəbul olun­muş­dur;

- 1998-ci ildə Azərbaycanda Ali Əczaçılıq təhsilinin 60 illiyinə həsr olunmuş yubiley konfransın təşkilatçısı, həmsədri olmuş, konfransın materiallarının hazırlanmasına, çap olunmasına rəhbərlik etmiş və redaktoru olmuşdur;

- 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası təşkil olunandan bütün fəaliyyəti dövründə “Əczaçılıq, farmakologiya, tibbi kimya elmləri” bölməsinin sədri olmuşdur;

 

Şəkil 4. Beynəlxalq simpoziumda bir qrup xaricdən olan iştirakçılarla  birlikdə. Ankara, 1994-cü il.

 

Şəkil 5. Beynəlxalq konqresdə bir qrup ölkəmizdən olan iştirakçılarla. İstanbul, 1994-cü il.

 

  • İlk dəfə, 2000-ci ildən başlayaraq, magistrantların dissertasiyalarının müdafiəsinə dair Dissertasiya Şuralarının sədri və üzvü olmuşdur.

                              

Şəkil 6. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Məhəmməd Əmin Rəsulzadənin (solda), Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün (sağda) xatirələrini yad edərkən, Ankara, 1994-cü ilin sentyabr ayı.

 

  • 1994-cü il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Res­pub­likanın “Əməkdar əczaçısı (provizor)”, “Əməkdar müəllimi”, 2010-cu ildə isə “Əməkdar Elm Xa­di­mi” fəxri adlara layiq görülmüşdür.

Prof. Hafiz Əliyevin təşəbbüsü ilə 2001-ci ildə əczaçılıq sahəsində ilk və yeganə müstəqil elmi-prak­tik mət­­bu orqan olan “Azərbaycan Əczaçılıq və Far­­makoterapiya Jurnalı” (2001-2006-cı illərdə “Azər­baycan Əczaçılıq Jurnalı”) yaradılmış və Baş redaktoru təyin olunmuşdur. Hazırda bu sahədə fə­ali­yyətini davam etdirir.  25 yanvar 2016-cı ildə, dünyanın tanınmış akademik nəş­riy­­yat­la­rın­dan olan “El­sevier”, Azərbaycan Respublikasının Prezidenti yanında El­min İnkişaf Fondu ilə birlikdə ilk dəfə ola­raq jurnal “Scopus Mükafatı”na layiq görmüşdür. Belə ki, tibb elmləri sahəsində ciddi inkişaf et­mək­də olan jurnal nominasiyasında “Azərbaycan Əczaçılıq və Far­ma­ko­te­ra­piya Jurnalı” qalib elan edil­mişdir. Bu barədə ətraflı məlumat Jurnalda (2016, №1, s. 5-12) verilmişdir.

 

*) Dissertasiyaların və irəlidə məqalələrin adları orijinalın dilində verilmişdir.