“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

321

QAYIBVERDİ BƏŞİR OĞLU İSGƏNDƏROV – 70

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2012-1

 

Azərbaycan Tibb Universitetinin ümumi və toksikoloji kimya kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimim, əczaçılıq elmləri doktoru, professor, Qayıbverdi Bəşir oğlu İskəndərov 1942-ci il fevralın 1-də Qərbi Azərbaycanda anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsini 1964-cü ildə bitirmiş və aspiranturada saxlanılmışdır. 1968-ci ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1967-ci ildən müəllim, 1969-cu ildən assistent, 1972-ci ildən baş müəllim, 1977-ci ildən dosent, 1993-cü ildən professor, 1995-ci ildən kafedra müdiri vəzifəsində çalışır.

Q.B. İskəndərov 199 elmi əsərin, dərsliyin, dərs vəsaitinin, metodik işləmələrin, səmərələşdirici təkliflərin, patentin müəllifidir. Rəhbərliyi altında iki əczaçılıq elmləri namizədi hazırlanmışdır. Bir neçə dissertant öz elmi-tədqiqat işlərini onun rəhbərliyi altında davam etdirirlər.

Q.B. İskəndərov “Səhiyyə əlaçısı” nişanı, “Tərəqqi” medalı ilə təltif olunmuş, fəxri fərman və tərifnamələrə layiq görülmüşdür.