“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

213

PROSTAT XƏRÇƏNGİNİN ERKƏN DİAQNOZU ÜÇÜN PROSTAT SPESİFİK ANTİGENİNİN (PSA) QİYMƏTLƏNDİRİLMƏSİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2012-1

Mahsud Moharamzadə2,Arif M.Əfəndiyev1,Akif E.Quliyev2

1Azərbaycan Tibb Universiteti, bioloji kimya kafedrası 2Bakı Dövlət Universiteti, biokimya və biotexnologiya kafedrası

Tədqiqatın məqsədi prostat vəzisi problemləri olan xəstələrdə prostat vəzisi xərçənginin erkən diaqnostokası və nəzarət məqsədilə Prostat vəzisi Spesifik Antigenin (PSA) qiymətləndirməsidir.

PSA, 34kDa-nın qlikoproteindir. O, prostat vəzisi problemlərini müəyyən etmək üçün istifadə olunur. 40 yaşından yuxarı, prostat vəzisi problemləri olan 200 kişi cinsli xəstənin PSA müəyyən edildi. PSA-ya malik olmuş kişilər, 4 ng/ml-dən çox, TRUS və Biopsiya daxil olmaqla əlavə yoxlamalar üçün uroloqa müraciət etmişlər.

Bütün 200 xəstədə DRE sınaqı üçün uroloqa müraciət edilmişdir. Təxminən 70 xəstədə  Ultrasəs müayinəsi (TRUS), 46 xəstədə isə biopsiya aparılmışdır. Xəstələrin 42-də prostat vəzinin hiperplaziyası, 4-də isə maliqnizasiyası aşkar olunumuşdur. Hazırda bu 4 xəstə kimya-terapiya və radioterapiya kursunu keçir. Tədqiqatlar nəticəsində PSA-nın səviyyəsinin 4.0 ng/ml-dan yüksək olması prostat vəsizi xərcənginin varlığını göstərir. Bu nəticə daha geniş tədqiqatla təsdiq edilməlidir.

Prostat vəzisi Spesifik Antigen(PSA) immunoradiometric təyinat biopsiya