“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

356

MEXANİKİ SARILIQ ZAMANI QARACİYƏRDAXİLİ ÖDÇIXARICI YOLLARDA BAŞ VERƏN DƏYİŞİKLİKLƏRƏ MEQLUMİNİN (REAMBERİN) TƏSİRİ (eksperimentdə)

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2017-2

Eldar K.Qasımov,Sevda Ə.Ələkbərova,Məmməd Y.Nəsirov,Fariz H.Camalov,Fuad H.Rzayev

Azərbaycan Tibb Universiteti, histologiya, sitologiya və embriologiya, III cərrahi xəstəliklər kafedraları, ETM Elektron mikroskopiya laboratoriyası

Təqdim olunan tədqiqatın məqsədi ağ siçovullarda mexaniki sarılıq modeli yaradıldıqdan sonra, onların  periton  boşluğuna (p/b) reamberin məhlulu yeridildiyi zaman, qaraciyərdaxili öd yollarinda  baş verən struktur dəyişikliyi işiq mikroskopu  ilə və ultrastruktur səviyyədə öyrənməkdir. Mexaniki sarılıq modeli ümumi öd axacağının bağlanması ilə yaradılmışdır. Reamberin p/b daxil edildikdən 3 gün  sonra, öd kapilyarlarının divarında mikroxovların sayının artması (nəzarət preparatlarında aşkar edilmir) ödün formalaşmasında və ekskresiyasında əhəmiyyətli dəyişikliklərin olmadığını göstərir. Eyni dövrdə, hepatositlərarası yerləşən öd kanalları ilə və qaraciyərdaxili öd axacaqlarının xolangiositləri arasında sıx əlaqələrin açılması, ödün ümumi qan dövranına daxil olmasını təmin edir. Reamberinin təsirindən 7 gün sonra isə, əksinə, bu sıx kontaktlar bərpa olunur, bu da sitoplazmada, bəzən isə nükleoplazmada ödün tərkib hissələrinin vakuolların mənfəzində toplanmasına, bununla da hepatositlərin destruktiv  dəyişikliklərlə müşayiət olunmasına səbəb olur. Alınan məlumatlar belə bir nəticəyə gəlməyə imkan verir ki, yaradılmış mexaniki sarılıq modelində reamberinin p/b yeridildiyi ilk 3 gün ərzində hepatositlər və xolangiositlər arasında açıq sıx əlaqələrin olması qaraciyərin struktur elementlərində destruktiv dəyişikliklərin əmələ gəlməsinin qarşısını alır.

mexaniki sarılıq reamberin hepatosit xolangiosit hüceyrəarası əlaqələr işıq və elektron mikroskopiya