“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

160

İLANBAŞI BİTKİSİ BIOLOJİ AKTIV MADDƏLƏRİN BİOTEXNOLOGİYASI ÜÇÜN MODEL BİTKİ KİMİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2020-1

Aleksandra A.Andreyeva1,Sardana V.Sivtseva1,Aynurə T.Paşayeva2,Nadejda K.Çirikova1,Janna M.Oxlopkova1,Sanq-Vu Kim3,Iradə M.Hüseynova2,İsmayıl S.Zülfüqarov1,2,3

1Şimali-Şərq Federal Universiteti, Biologiya şöbəsi, Rusiya Federasiyası, Saxa (Yakutiya) Respublikası, Yakutsk 2Azərbaycan Milli Elmlər Akademiyası, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Azərbaycan 3Pusan Milli Universiteti, İnteqrasiya

Dracocephalum təxminən 70 növə malikdir ki, onların da əksəriyyəti mülayim Asiyanın, Avropa və Rusiyanın alp və yarı-quru bölgələrində paylanmışdır. Bu cinsin növləri ilə bağlı etnofarmakoloji fakt­lar, onların bəzilərinin əczaçılıq məhsullarının tanınmış və qiymətləndirilən mənbələrinin ol­du­ğunu göstərir. İlanbaşı (Dracocephalum palmatum Stephan), bioloji aktiv birləşmələrlə zəngin olan çox­illik rizomatöz bitkidir. Biz fenilpropanoidlər, coumarinlər, flavonoidlər və triterpenlər də daxil ol­maq­la bir çox bioloji aktiv birləşmələri təyin etdik; bunların arasında Dracocephalum cinsində ilk dəfə kəşf etdiyimiz bir neçə bioloji aktiv birləşmələr var. Biz göstərdik ki, fenilpropanoidlərin, fla­vo­no­id­lə­rin və fenolik birləşmələrin miqdarı aşağı temperaturda yetişən bitkilərdə maksimum olur. Biz ge­no­mun ardıcıllıq anket məlumatlarını təyin etməklə boşluq doldurmadan montaj etdik və göstərdik ki, ilan­başı bitkisi kiçik genom ölçüsünə (təxminən 328 Mb) malikdir. Beləliklə, qrupumuzun ümumi nə­ti­cələri və kiçik genom ölçüsü, D. palmatum bitkisinin bioloji aktiv maddələrin biotexnologiyası üçün bir model bitki kimi istifadə edilə biləcəyi qənaətinə gəlmək imkanı verir.

ilanbaşı bioloji aktiv maddələr dərman bitkiləri genom genom ardıcıllığı anketi