“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

176

XELATƏMƏLƏGƏTİRİCİ SORBENTLƏ QURĞUŞUN(II) İONUNUN İLKİN QATILAŞDIRILARAQ QARACİYƏRDƏ TƏYİNİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2015-2

Rəfiqə Ə.Əliyeva1,Ülviyyə М.Əbilova1,Nazilə S.Hüseynova2,Qayıbverdi B.İskəndərov2,Famil М.Çıraqov1

1Bakı Dövlət Universiteti, analitik kimya kafedrası 2Azərbaycan Tibb Universiteti, ümumi və toksikoloji kimya kafedrası

Malein anhidridi-stirol sopolimeri əsasında m-aminfenol və formaldehidin iştrakı ilə modifikasiya edilərək sintez olunmuş sorbentlə Pb(II) ionunun sorbsiya və desorbsiyası tədqiq edilərək optimal şərait müəyyən edilmişdir. Pb(II) ionunun yeni sintez olunmuş sorbentlə qatılaşdıraraq təyini metodikası işlənmişdir. Sorbsiyalı-fotometrik metodikaya, Pb(II) ionunun optimal pH-da (pH 5) sorbsion qatılaşdırılması, H2SO4 turşusu ilə desorbsiyası (desorbsiya dərəcəsi 99%) və elyuatda Pb(II) ionunun ksilenol-narıncı reagenti ilə spektrofotometrik metodla təyini daxildir. Metodika Pb(II) ionunun iribuynuzlu heyvanın qaraciyərində təyini üçün istifadə edilmişdir.

qurğuşun xelatəmələgətici sorbent sorbsiyalı-fotometriya üsulu