“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

302

ANTITROMBOSİTAR DƏRMAN PREPARATLARININ KƏSKİN KORONAR SİNDROM ZAMANI MÜQAYİSƏLİ TƏDQİQİ (icmal)

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2010-1

Elşən A.Şadlinski,Fatimə D.Hüseynova,İldırım İ.Babayev

Azərbaycan Tibb Universiteti, Farmakologiya kafedrası

İcmalda göstərilir ki, hazırda asetilsalisil turşusu, clopidogrel və ticlopidin ürək-qandamar sistemi xəstəliklərində tətbiq edilən əsas antitrombositar dərman maddələri sayılır.

Bir çox klinik tədqiqatlar göstərir ki, IIb/IIIa qlikoprotein reseptorlarının inhibitorlarının (IIb/IIIa GPRİ) tətbiqi xəstəliyin gedişatını və reablitasiya mərhələsini yaxşılaşdırır. Xüsusilə  yüksək  risk qrupuna daxil olan xəstələrə IIb/IIIa GPRİ təyini daha üstündür. Əsasən  mühüm yaxşılaşma koronar angioplastika əməliyyatı kecirmiş  xəstələrdə müşahidə olunur.

Son dövürün  məlumatları göstərir ki, KKS müalicəsinin effektivliyinin artması IIb/IIIa GPRİ-nın Aspirinlə və Heparinlə kombinəedilmiş terapiyasında müşahidə olunur.

kəskin koronar sindrom antitrombositar preparat müqayisəli öyrənilmə icmal