“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

183

YAKUTİYADA YAYILAN VƏ AZƏRBAYCANDA İNTRODUKSİYA EDİLƏN Thymus serpyllum L. NÖVÜNÜN EKSTRAKTLARININ VƏ EFİR YAĞLARININ MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2020-1

Sardana V.Sivtseva1,Səyyarə C.İbadullayeva2

1Şimal-şərq Federal Universiteti. M.K. Ammosova, Yakutsk, Rusiya 2Azərbaycan Milli Elmlər Akademiyası, Botanika İnstitutu

Məqalə Yakutiyada təbii şəraitdə yayılan və Azərbaycan Respublikasında toxum vasitəsilə in­tro­duk­siya olunan Thymus serpyllum L. növünün yüeüstü hssəsindən alınmış ekstraktların və efir yağ­la­rı­nın müqayisəli öyrənilməsinə həsr edilmişdir. Floristik tərkib və fitotsenozlar qiymətləndirilmiş, Ya­ku­tiya ərazisində 1 hektar ərazidə 140 kq yerüstü fitokütlə alındığı halda, Azərbaycanda becərilən 1 ha əra­zidən 190-200 kq-a qədər xammal əldə edilmişdir. Müxtəlif ekoloji, coğrafi və iqlim şəraitində inkişaf edən Thymus serpyllum növünün yerüstü hissəsinin fitokütləsindən əldə edilən ekstraktların və efir yağlarının komponent tərkibi müqayisəli təhlili edilmişdır. Müxtəlif ekoloji şəraitdə, efir yağının key­fiyyət və miqdarında dəyişikliklər aşkar edilmişdir. Bundan başqa Thymus serpyllum növünün eks­traktının və efir yağının istifadəsinin müxtəlif tətbiq sahələri təqdim olunur ki, bu da işin əsas nə­ti­cə­si kimi, dərman bitkilərinin istehsalının genişləndirilməsinə töhvə verə bilər.

Thymus serpyllum L. ekstraktlar efir yağları introdusent nazik təbəqədə xromatoqrafiya