“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

281

TƏBRİKLƏR: AZAD ZİYAD OĞLU ABIŞEV – 80

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2015-1

Rusiya Federasiyasının əmək­dar elm xadimi, kimya elmləri doktoru, professor Azad Ziyad oğlu Abışov 15 may 1935-ci ildə Puşkin rayonunda (indiki Biləsuvar rayonu) anadan olmuşdur.

Prof. A.Z. Abışov 1956-cı ildə orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Tibb İnstitutununun əczaçılıq fakultəsinə daxil olmuş və 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.1963-cü ildə SSRİ EA-nın V.L.Komarov adına Botanika institununun (Leninqrad ş.) nəzdində aspiranturaya daxil olmuşdur. Eyni vaxtda (1963-1965-ci illərdə)  A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin  kimya fakultəsində təhsil almışdır.

A.Z.Abışov 1967-ci ildə kimya elmləri namizədi, 1984-cü ildə isə kimya elmləri doktoru alimlik dərəcələrini almışdır. 1968-1983-cü illər ərzində SSRİ Səhiyyə Na­zir­li­yinin Toksikologiya İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra baş elmi işçi vəzifəsində ça­lış­mışdır. 1984-2007-ci illərdə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Vaksinlər və zərdablar ETİ”nin “Dərman preparatlarının kimya və texnologiyası”  elmi-istehsalat kompleksinə  rəhbərlik et­mişdir. 1987-2000-ci illər ərzində İ.İ.Meçnikov adına Sankt-Peterburq Dövlət Tibb Akademiyasının bioüzvi kimya kursu üzrə biokimya kafedrasının professoru vəzifəsində çalışmışdır.

A.Z.Abışov 1991-ci ildə professor elmi adını almış, 1992-ci ildə kimyaterapiya üzrə Avropa cəmiyyətinin üzvü, 1994-cü ildə Nyu-York elmlər akademiyasının həqiqi üzvüdür. 2007-ci ildə professor A.Z.Abışov “Rusiya Federasiyasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 2007-ci ildən bu günədək prof. A.Z.Abışov Sankt-Peterburq Dövlət Kimya-Əczaçılıq Akademiyasında, əczaçılıq kimyası kafedrasının professoru vəzifəsində çalışır.

A.Z.Abışovun elmi-pedaqoji fəaliyyəti çoxşaxəlidir və bioüzvi və əczaçılıq kimyası, təbii və fizioloji fəal birləşmələrin kim­yası və zərif üzvi sintez sahələrini əhatə edir. İlk dəfə olaraq prof. A.Z.Abışov tərəfindən təbii və sin­tetik antigenlər və yeni nəsil kalsium ionlarının antaqonistləri sahələrində yeni elmi istiqamətlər iş­lənib hazırlanmışdır.  O, ürək-damar, immunmodulyator və virusəleyhinə çoxlu sayda dərman maddələrinin (substansiyalar) və onların standart nümunələrinin müəllifidir. O, 300-dən çox elmi işin o cümlədən: 11 monoqrafiya, 17 müəllif şəhadətnaməsi, 16 patentin və 5 dərs vəsaitinin müəllifidir. Səmərəli fəaliyyətinə görə Rusiya Federasiyasının 3 medall ilə təltif olunmuşdur.

Prof. A.Z.Abışov ölkəmizdən kanarda çalışmasına baxmayaraq daima Azərbaycan əczaçılıq ictimayyəti ilə, məzunu olmuş fakültə ilə əlaqə saxlayır. Azərbaycan Əczaçıları Elmi Cəmiyyətinin təşkil etdiyi qurultaylarda (keçən əsrin 70-90-cə illəri), Azərbaycanda ali əczaçılıq təhsilin 60 illiyinə həsr olunmuş yubiley elmi konfransda fəal iştirak etmişdir, jurnalımızda müntəzəm olaraq elmi məqalələri dərc etdirir.