“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

147

METABOLİK POZĞUNLUQLU ARTERİAL HİPERTENZİYADA EPROSARTANIN İSTİFADƏSİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2007-2

Lalə İ.Abbasova,Elmira A.Həsənova,Adil B.Baxşəliyev

AR SN, C.Abdullayev adına ET Kardiologiya İnstitutu

Metabolik pozğunluqları olan essensial AH-li xəstələrdə eprosartanın effektivliyi və təhlükəsizliyi öyrənilməsdir. Müalicənin effektivliyi 3 ay ərzində xəstəliyin klinik əlamətlərinin və hemodinamik göstəricilərin – AT və ÜYS dəyişməsinə əsasən qiymətləndirilmişdir. Bunlarla yanaşı qanda xolesterin, triqliseridlər, qlükozanın miqdarı təyin edilmişdir. Eprosartan ilə müalicə AT-ni azaltmaqla yanaşı hemodinamik göstəricilərində müsbət dəyişikliklər əmələ gətirmiş, metabolik pozğunluqları olan essensial AH-li xəstələrin klinik vəziyyətini yaxşılaşdırmışdır.