“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

8

STASİONAR MÜALİCƏDƏ OLAN XƏSTƏLƏRƏ ANTİPSİXOTİK PREPARATLARIN TƏYİN EDİLMƏ XÜSUSİYYƏTLƏRİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2019-1

Ağahəsən R.Rəsulov,Röya R.Əliyeva,Nicat Ş,Səfərəliyev,Fuad N.İsmayılov

AR SN, Psixi Sağlamlıq Mərkəzi

Tədqiqatın məqsədi psixiatrik xəstəxanada antipsixotik preparatların təyin edilmə xüsusiyyətlərinin təsvir edilməsi ilə yanaşı yüksək dozaların  və polifarmakoterapiyanın istifadə faktorlarının müəyyən edilməsidir.

Kross-seksion tədqiqata təyinatlarında antipsixotik preparatlar olan, yaşı 18 yaşdan yuxarı 626 stasionar xəstə daxil edilmişdir. Xəstələrin yarısından çoxunun ənənəvi neyroleptiklər ilə, təqribən 27% xəstə yüksək dozalar ilə, 53% xəstə isə 2 və ya daha çox preparat ilə müalicə alır. Yüksək doza və polifarmakoterapiyanın kişi cinsi və gənc yaş ilə, eləcə də şizofreniya diaqnozu ilə,  xəstəliyin davametmə müddətinin 5 ildən az olması və stasionar müalicənin 1 ildən az olması ilə əlaqəsinin olduğu müəyyən edilmişdir.

Kliniki protokolların mövcud olması antipsixotik preparatların təyin olunma qaydasına kifayət qədər təsir etmədiyindən, stasionarlarda dərmanların rasional istifadə edilməsi üçün gələcək addımların atılması tələb olunur.

psixi pozuntular antipsixotik preparatlar polifarmakoterapiya yüksək dozalar