“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

88

BALİ ADASINDA BECƏRILƏN Piper betle L. YARPAQLARINDAN ALINMIŞ EFIR YAĞLARININ ANTİKANDİDOZ BİOMARKERİN TƏDQİQİ VƏ XROMATOQRAFIK XARAKTERISTIKASI

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2018-2

I Made A.G.Virasuta1,Putu S.Yustiantara1,İngrid Y.J.Vage1,Ni M.W.Astuti1,Ni L.P.V.Paramita1,Yan Ramona2

Udayana Universiteti, riyaziyyat və təbii elmlər fakultəsi, əczaçılıq1 və biologiya2 kafedraları, İndoneziya

Nazik təbəqədə xromatoqrafiya-densitometriya üsulunun nəticələrinə əsaslanaraq antikandidoz bioloji fəallığı evgenola yaxın xromofor funksiya daşıyır. Zənn olunur ki, evgenol, xavikol, izoevgenol, allilpirokatexol-3,4-diasetat, β-bisabolen, α-patulin və β-fellandren antikandidoz fəallığın biomarkerləridir. Piper betle L. bitən ərazinin hündürlüyü bitkidə olan essensial yağların, biomarkerlərin miqdarına təsir edir. Yüksək antikandidiaz fəallığı əldə etmək üçün bitki, hündürlüyü daha az olan ərazilərdən tədarük edilməlidir.

Piper betle L. yarpağının efir yağı NTX-bioavtoqrafiya biomarker evgenol törəmələri