“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

51

DƏRMAN PREPARATLARININ TƏYİNİ VƏ İSTİFADƏSİ ZAMANI ƏCZAÇILIQ XİDMƏTİNİN KEYFİYYƏTİ VƏ TƏHLÜKƏSİZLİYİ PROBLEMLƏRİ

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2018-2

Andrey B.Qoryaçev1,Nasir M.Hüseynov2,Yelena Y.Lemeşenko1,Oleq N.Afanasyev1

1İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (Seçenov Universiteti), Moskva, Rusiya Federasiyası 2”Avromed Company” QSC, Bakı, Azərbaycan

 Məqalədə əczaçılıq bazarının pərakəndə seqmetində dərman istehlakçılarına tibb və əczaçılıq müəssisələri tərəfindən göstərilən əczaçılıq xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi problemləri təhlil edilir.Rusiya əczaçılıq bazarına keyfiyyətsiz, saxtalaşdırılmış, kontrafakt preparatların nüfuzuna qarşı mübarizə haqda məlumatlar verilmişdir. Tibb və əczaçılıq işçilərinindərmanla müalicədə informasiya səhvlərinin, eləcə də dərman istehlakçılarının informasiya səhvləri və qeyri-qənaətbəxş hazırlıq səviyyəsinin potensial təhlükəsi analiz olunmuşdur. Dərmanların təyin edilməsi, seçilməsi və istifadəsində əczaçılıq təhlükəsizliyinin sosial zəruri səviyyədə saxlanılmasında səhiyyə işçilərinin rolu göstərilmişdir.

dərman preparatları əczaçılıq xidmətləri tibb və əczaçılıq müəssisələri