“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

121

Aloe barbadensis Miller stem BİTKİSİNDƏN Streptomyces tendae J2RA XARİC EDİLMƏSİ VƏ XARAKTERİSTİKASI

Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı-2018-1

Pritxa Çokraborti, Anu Riba Yakob, Jastin K.Vargese, Renyu Moxan, Cayanti Abraham

VİT Universiteti, Bioloji elmlər və texnologiyalar məktəbinin Mikrobioloji biotexnologiyalar laboratoriyası Tamil Nadu, Hindistan

İş əsl əzvay Miller STEM (Aloe vera) bitkisindən aktinomisetlərin xaric ediməsinə həsr olunub. Xaric edilmiş Streptomyces tendae J2RA ştammının morfoloji xarakteristikası və identifikasiyası aparılmışdır. Bioloji fəal metabolitlərin alınması üçün istifadə olunan kultural maye optimallaşdırılmış və onun müxtəlif fermentləri hasil etmə imkanları yoxlanılmışdır. Streptomyces tendae J2RA ştammının antibiotiklərə qarşı həssaslıq profili müxtəlif antibiotiklərə görə öyrənilmişdir. Morfoloji tədqiqatlar izolyatı qrammüsbət kimi təsdiq etmişdir. İzolyat konflüent birgə böyüməni göstərmişdir, bu zaman fruktoza və saxaroza karbon mənbəyi kimi, solod ekstraktı və tripton isə azot mənbəyi kimi istifadə olunurdur. Streptomyces tendae J2RA ştammının antibiotiklərə qarşı həssaslıq profili onun müəyyən qatılıqda 5 səciyyəvi antibiotikə (ampisillin, metisillin, oksasillin, seftazidim və amfoterisin B) qarşı davamlılığını göstərmişdir. Ştamm həmçinin müxtəlif fermentlərin hasil olunmasında müsbət nəticə göstərmişdir. Bu tədqiqat göstərib ki, Streptomyces tendae J2RA qiymətli bioloji fəal maddələri hasil edə bilən yeni orqanizmlər üçün vacib xammal ola bilər.

aktinomisetlər Aloe vera fermentlər antibiotik həssaslığı