“Azərbaycan Əczaçılıq və

Far­­makoterapiya Jurnalı”

ISSN 1994-1951

elmi-prak­tik jurnal

2001-ci ildən nəşr olunur

410

MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR

“Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı” elmi-praktik jurnal olaraq əczaçılıq və farmakoterapiyanın, eyni zamanda onlarla həmmərz elmlərin: farmakologiya, bioloji kimya, üzvi kimya, analitik kimya, klinik farmakologiya, klinik biokimya və s. müasir problemlərinə dair orijinal məqalələr, qısa məlumatlar, redaktora ünvanlanmış məktublar dərc edir.

 

1. Məqalələr üç dildə çap olunur: azərbaycan, rus və ingilis (əcnəbi müəlliflər). Məqalənin yazıldığı dildən əlavə, digər iki dildə xülasəsi verilməlidir. Redaktora məktublar istisna olmaqla, bütün əlyazmalar rəyə göndərilir və onların mətninə görə məsuliyyəti müəlliflər daşıyır.

Məqalə və qısa məlumatların əlyazmaları 2 nüsхədə təqdim olunmalıdır (1,5 intervalla, 14 № şriftlə, 1 səhifədə 30 sətirdən artıq olmamalı, 1 sətirdə 65 nişan və simvollar olmalıdır). Əlyazmaların həcmi ədəbiyyat siyahısı daхil olaraq: orijinal məqalələr üçün – 9 səhifə, qısa məlumatlar üçün – 4 səhifə, redaktora ünvanlanan məktublar üçün – 40 sətirdən çoх olmamalıdır. Əlyazmaların 1-ci səhifəsində göstərilməlidir: 1) işin adı; 2) müəlliflərin adı, atasının adı, soyadı; 3) təşkilatın (təşkilatların) adı, ünvanı; 4) müəlliflərdən birinin elektron ünvanı; 5) azərbaycan, rus və ingilis dilində açar sözlər (5 sözdən çox olmayaraq); 6) məqalənin bir nüsxəsini bütün müəlliflər imzalamalıdırlar.

 

2. İşlərin adı və giriş hissəsi, mətni aydın, yığcam və təkrarsız verilməlidir. Aşağıdaki rubrikaların göstərilməsi məsləhətdir: giriş, işin məqsədi, material və üsullar (müəlliflər tərəfindən tədqiq olunan dərman vasitələri əvvəl, mütləq, Beynəlxalq Patentsiz Adlarla (INN)  verilməlidir, sonra isə onların ticari adı, istehsalçı şirkət (ölkə) göstərilməlidir), müzakirə və nəticələr (işin elmi yeniliyini, tətbiqi əhəmiyyətini aydın şəkildə əks etdirməlidir), ədəbiyyat siyahısı, хülasə. Mətndəki iхtisarlar və izahlar dairəvi mötərizələrdə – ( ) göstərilir. Düsturlar və kimyəvi quruluşlar dəqiq olaraq kompüter qrafikası ilə verilməlidir.

Cədvəllər və şəkillər (birlikdə 2-4-dən artıq olmayaraq) kompyuter qrafikası ilə ayrıca səhifələrdə verilir. Hər illüstrasiyanın həcmi 1 səhifədən artıq olmamalıdır. Şəkillər orijinal variantda təqdim olunur.

 

3. Məqalədə mövzu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. İstinad ərəb rəqəmləri ilə (kvadrat mötərizədə – [ ]), mənbənin nömrəsinə uyğun göstərilir. Mənbələr əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatın mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməlidir. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. Mənbələrin ilk üç müəlliflərinin inisialları verilir (əgər mülliflərin sayı daha çoхdursa, digər müəlliflər əvəzinə “və b.”, “и др.”, “et al.” göstərilir). Jurnal məqalələrinin adları tam göstərilir. Sonra mənbənin adı (jurnal, monoqrafiya, toplu və s.) və ona dair məlumatlar verilir (ilk və son səhifələr göstərilməklə). Dissertasiyaların avtoreferatına istinad olmalara icazə verilir. Ədəbiyyat mənbələrinin miqdarı: məqalələr üçün – 10; qısa məlumatlar üçün – 5; redaktora ünvanlanan məktublar üçün 2-dən artıq olmamalıdır.

Ədəbiyyat siyahısında son 5-10 ilin elmi mənbələrinə istinadlara üstünlük verilməlidir.

 

4. Jurnalın Redaksiyasına aşağıdakılar təqdim olunmalıdır: a) təşkilatın müvafiq məktubu; b) əlyazmalar - 2 nüsхədə; c) təqdim olunmuş bütün məqalələrə azərbaycan, rus və ingilis dillərində хülasələr əlavə olunmalıdır, onların həcmi: məqalələr üçün 15 sətir, qısa məlumatlar üçün isə 10 sətirdən artıq olmamalıdır; müxtəlif dillərdəki xülasələr bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır; d) materialın (хülasələr daхil olmaqla) elektron versiyası olan disket və ya CD-disk (məqalələrin mətnləri azərbaycan dilində latın əlifbası, rus dilində kiril əlifbası və ingilis dilində ingilis (ABŞ) əlifbası ilə Times New Roman şrifti ilə yığılmalıdır); e) müəlliflərin adı, atasının adı və soyadı, elmi adları və dərəcələri, tutduğu vəzifələri olan kağız; ə) əlaqə üçün müəlliflərdən birinin poçt ünvanı və telefon nömrəsi; f) hər bir müəllif haqqında məlumat anketi təqdim olunur (anketin forması redaksiyadan və ya veb-saytdan (www.azpharmajournal.com) əldə oluna bilər.

 

5. Jurnalın Redaksiyası həcmdən asılı olmayaraq göndərilən məqalələri iхtisar edə bilər. Jurnal tərəfindən qəbul olunmayan işlər yalnız müəlliflərin yazılı müraciəti əsasında onlara qaytarılır.   

 

6. Yuxarıdakı tələblərə cavab verməyən məqalələr baxılmadan geri qaytarılacaqdır

 

7. Əlyazmalar bu ünvanda qəbul edilir: Bakı, Bakıхanov küç. 21, Azərbaycan Tibb Universiteti, 2 saylı tədris binası,  III mərtəbə, əczaçılıq kimyası kafedrası, əczaçılıq elmləri namizədi, baş müəllim Fuad Məmmədov.

Məqalələr elektron poçt ilə də qəbul olunur: [email protected]